İlqar Məmmədovu karserdən buraxdılar
Virtualaz.org bildirir ki, bu barədə vəkil Fuad Ağayev öz facebook səhifəsində yazıb.
Vəkil qeyd edib ki, o, İlqar Məmmədovla telefonla danışıb: "İlqar kamerada axtarış aparılmasına mane olduğu adı ilə karserə salınmışdı .
Bu gün səhər onu karserdən buraxıblar. İlqar tibbi müayinədən keçirildikdən sonra ümumi kameraya qaytarılıb".
Xatırladaq ki, İlqar Məmmədov 23-24 yanvar 2013-cü il İsmayıllı iğtişaşlarına görə 2013-cü il martın 17-də 7 il azadlıqdan məhrum edilib
Mənbə:> Virtualaz.org