Rusiya polisindən 500 milyonluq heroinlə bağlı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Rusiya polisindən 500 milyonluq heroinlə bağlı - AÇIQLAMA + YENİLƏNİB

Rusiya polisindən 500 milyonluq heroinlə bağlı


Moskva vilayətinin Kolçevo kəndində keçirilən əməliyyat zamanı 174 kq heroin aşkarlanan evin sahibi İmanov İlqar Nazim oğludur.

Oxu.Az xəbər verir ki, bu barədə APA-nın Moskva müxbirinə Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin (NDNFX) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, İmanov İlqar Nazim oğluna məxsus evdə NDNFX-nin əməkdaşları 500 mln. dollar dəyərində 174 kiloqram heroin konsentratı aşkarlayıblar. Əməliyyat zamanı mütəşəkkil dəstənin üzvü olan 6 nəfər saxlanılıb.

Rusiya mətbuatında 174 kq heroinin aşkarlandığı evin sahibi ilə bağlı ziddiyyətli məlumatlar yayılıb. Onun “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun (ŞHK) keçmiş üzvü olduğu bildirilib.

Aparılan araşdırma nəticəsində məlum olub ki, Moskva vilayətinin Kolçevo kəndində yerləşən malikanədə əməliyyatı Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin Moskva vilayəti üzrə bölməsi həyata keçirib.

Bölmənin mətbuat xidmətinin əməkdaşı Yekaterina Kosova bildirib ki, İlqar Nazim oğlu İmanovun narkotiklərin qanunsuz ticarət və dövriyyəsinə heç bir aidiyyəti yoxdur:

“Məsələ ondadır ki, adıçəkilən şəxs özünə işləmək üçün dürüst olmayan insanlar tutub. Onun evində qalan həmin şəxslər isə bu cinayətdə təqsirli bilinərək saxlanılıblar. İlqar Nazim oğlu İmanovun bu cinayətə heç bir aidiyyəti yoxdur. O, sadəcə olaraq evin sahibidir. Qanuna riayət edən vətəndaşdır. Onun narkotiklərlə heç bir əlaqəsi yoxdur. Deyə bilmərəm ki, o, “Bakılı oğlanlar” ŞHK-nın üzvü olub, ya yox... Bu bizim üçün elə də vacib deyil. Biz onun hansı ölkənin vətəndaşı olduğunu da dəqiq bilmirik. Bu haqda bizdə məlumat yoxdur. Çünki cinayətkar fiqur kimi İlqar Nazim oğlu İmanov bizi maraqlandırmayıb”.

““Bakılı oğlanlar” ŞHK Şən və Hazırcavablar Klubunun bu adda üzvü olmayıb. Nə bizim dövrümüzdə, nə də Yuli Qusmanın kapitanlıq etdiyi dövrdə...”

Bunu isə “Bakılı oğlanlar” ŞHK komandasının keçmiş üzvü, hazırda Moskvada yaşayan Elçin Əzizov deyib. Onun sözlərinə görə, İ. İmanov adlı şəxsin ŞHK-ya aidiyyəti olmayıb:

“Biz çox çalışırıq ki, bu məlumatın yanlış olduğunu ictimaiyyətə çatdıracaq. Bu, yanlış məlumatdır”.

Rusiya mətbuatı İlqar İmanovun özünün də heç vaxt “Bakılı oğlanlar” ŞHK-nın üzvü olmadığı barədə açıqlamasını yayıb.

Lakin İ.İmanovun bu açıqlamanı nə vaxt hansı KİV-ə verdiyi məlum deyil.

14:34

Rusiyada Moskvaətrafının Kolıçevo kəndində dəyəri 500 milyon dollar olan 174 kiloqramlıq heroin konsentratı tutulub.

Narkotik maddə Şən və Hazırcavablar Klubunun (KVN) Bakını təmsil edən keçmiş iştirakçısından götürülüb.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiya Narkotiklərin dövriyyəsinə nəzarət federal xidmətinin direktoru Viktor İvanov bildirib.

“Narkotik maddə Domodedovo rayonunda, Kolıçevo kəndində Nurimanov İldar adlı bir şəxsdən götürülüb. Bu arada o, kifayət qədər məşhur şəxsdir. O, Bakıdan olan KVN klubunun tanınmış iştirakçısı olub. Onun əmlakından böyük miqdarda heroin götürülüb. SSRİ-nin mövcud olduğu bütün dövr ərzində bu qədər narkotik maddə müsadirə edilməyib”, - deyə, İvanov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, heroin mühafizəçisinin köşkündə olub. Keçmiş KVN-çinin evini Tacikistandan olan iki nəfər mühafizə edirmiş. Ümumilikdə qrupun başçısı da daxil olmaqla, 6 nəfər həbs edilib. İvanovun sözlərinə görə, həmin şəxs kriminal dairələrdə çox məşhurdur. Heroin Rusiyaya Mərkəzi Asiyadan yük maşınları ilə gətirilib və banan yeşiklərində gizlədilibmiş. Qrupun saxlanılması üzrə əməliyyat 2013-cü ilin yanvarından aparılırmış.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *