Nazim İmanovun evindən yarım milyardlıq heroin tapıldı
"Bakılı oğlanlar" şən və hazırcavablar klubu (Parni iz Baku KVN) üzvü İlqar Nazim oğlu İmanov olub.O, banklardan birinin həmtəsisçilərindəndir.
"Mən hesab edirəm ki, o, tanınmış şəxsdir. Hazırda o banklardan birinin həmtəsisçisidir. İndi nə isə demək çətindir", deyə Rusiya Federal Xidmətinin Narkotik Dövriyyəsinə Nəzarət üzrə Moskva bölməsinin rəisi Vasili Yurçenko bildirib.
Vasili Yurçenkonun sözlərinə görə, 47 yaşlı İmanova məxsus ev 17 sotda yerləşir və 3 mərtəbəlidir. Heroin isə mühafizənin 2 mərtəbəli evində tapılıb.
"Biz bu gün onu sorğu suala çağırmışıq. Mən bir şey deyə bilərəm ki, bu ilin 18 oktyabrında bu vətəndaş bahalı "Audi Q7" maşını alıb. Onun qiyməti 100 min dollardır".
Qeyd edək ki, "Bakılı oğlanlar" klubunun üzvü olan şəxsin evindən külli miqdarda- 174 kq heroin bu gecə aşkar edilib. Narkotikin dəyəri 500 milyon dollardır.
Bu evi Tacikistandan olan iki nəfər mühafizə edib. Onlardan biri əməliyyat zamanı narkotik maddənin təsiri altında olub. Ümumilikdə 6 nəfər həbs edilib ki, onlar da kriminal dairələrdə kifayət qədər tanınmış şəxslərdir. Heroin Rusiyaya Mərkəzi Asiyadan banan qutularında gətirilib.
///anspress
Mənbə:> ANS PRESS