Ali Məhkəmə İlqar Məmmədovla bağlı cinayət işini ləğv etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Ali Məhkəmə İlqar Məmmədovla bağlı cinayət işini ləğv etdi

Ali Məhkəmə İlqar Məmmədovla bağlı cinayət işini ləğv etdi

İyunun 30-da Ali Məhkəmənin Plenumunda Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov barəsində qərarının icrasına baxılıb.

Bu barədə virtualaz.org-a vəkil Fuad Ağayev məlumat verib. Vəkil bildirib ki, Ali Məhkəmənin Plenumu İlqar Məmmədov barəsində kassasiya və apellyasiya instansiyaları məhkəmələrinin qərarlarını ləğv edib. İş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, İlqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

2014-cü ilin mayında Avropa İnsan Hüquqları Məhkəməsi bəyan edib ki, İlqar Məmmədova qarşı cinayət araşdırmasının gedişatında pozuntulara yol verilib.

Bu məsələdə Azərbaycanın rəsmi mövqeyi belədir ki, ölkə hökuməti İlqar Məmmədovun işi üzrə AİHM-in bütün təlimatlarını yerinə yetirib, amma AİHM-in qərarında onun sözsüz azad olunması haqda tələb yoxdur.

Yeri gəlmişkən, Ali Məhkəmə bundan əvvəl artıq işi bir dəfə Şəki Apellyasiya Məhkəməsinə qaytarmışdı və o hökmü qüvvəsində saxlamışdı.

İndi Şəki Məhkəməsi müxalifətçinin işinə ikinci dəfə baxacaq.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *