Paşinyan gəldi, problemlər qaldı…
Ermənistanda inqilabi eyforiya əhəmiyyətli dərəcədə səngiyib. Sanki insanlar meydana yalnız ona görə çıxmışdılar ki, Nikol Paşinyan, nəhayət, hakimiyyətin sükanı arxasına keçsin, bütün qalan inqilabi dəyişikliklər artıq o qədər də əhəmiyyətli deyil. Paşinyanın partiyası həm qanunvericilik, həm də icra hakimiyyəti üzərində tam nəzarət qazandı və inqilabçı insanlara yalnız kardinal və ən əsası, müsbət dəyişiklikləri gözləmək qaldı. Ancaq onlar olacaqmı, bunu heç bir sağlam düşüncəli siyasətçi əvvəlcədən deyə bilməz.
Düzdür, hələ rəsmi baş nazir səlahiyyətlərinin müvəqqəti icraçısı statusunda olan Paşinyan özü sağa və sola vədlər paylayır. "Biz yeni iş yerləri yaradacağıq və mən düşünürəm ki, ölkədə iqtisadi inqilab baslayacaq", - o bildirir. Bundan başqa, yeni dövlət başçısı xatırladır ki, onun başçılıq etdiyi "Mənim addımım" blokunun seçkiqabağı proqramında aydın göstərilmişdi ki, ən yaxın beş il ərzində bütün güc yoxsulluğun aradan qaldırılmasına yönəldiləcək.
"Biz artıq 2019-cu ilin büdcəsində müəyyən addımları nəzərdə tutmuşuq, onun əsasında konkret tədbirlər həyata keçiriləcək… İnvestorlar ölkənin həyatında fəal iştirak etməyə davam edirlər və bu vəziyyət inkişaf edəcək", - o vəd edir.
Başqa sözlə, hakimiyyətdəkilər aydın şəkildə anlayırlar ki, dövlətdə, hansı ki, yumşaq desək, arzuolunmaz iqtisadi vəziyyətdədir, əhalinin sosial durumunda yeni dəyişikliklərə yönəldilmiş konkret və sürətli islahatlara təşəbbüs etmək lazımdır, onlar onu reallaşdırmağa ümid edirlər. Ancaq... Artıq Milli Statistika Komitəsi 2017-ci ilin eyni dövrü ilə müqayisədə bu ilin 10 ayı ərzində makroiqtisadi məlumatları və 3-cü rüb ərzində Ermənistanın ümumi daxili məhsulunun (ÜDM) həcmini elan edib. Və rəqəmlər, demək lazımdır ki, arzuedilən deyil, əksinə, Paşinyanın vədlərinə bəslənən ümidləri tamamilə puça çıxarır. Belə ki, bu ilin 3-cü rübü ərzində Ermənistanın ÜDM-sinin həcmi, hansı ki, tamamilə "paşinyanınkı" hesab etmək olar, 2017-ci ilin həmin dövrü ilə müqayisədə 2,7% artıb, halbuki keçən ilin analoji göstəriciləri ondan əvvəlkindən daha sanballı idi (müvafiq olaraq 9,7% və 7,5%). Yəni öz idarəçilik ayları ərzində Paşinyan kabineti iqtisadiyyatın artım sürətini 4,5%-dən çox azaltmağı bacarıb.
Ermənistandan əhalinin axını da, hansı ki, yeni baş nazir onu da söz vermişdi, azalmayıb. BMT-nin tapşırığı ilə erməni demoqrafik problemi üzərində işləyən demoqraf və iqtisadçı Ruben Yeqanyanın proqnozlarına görə, "50 il sonra ölkənin əhalisi 100-200 min nəfər azalacaq. Daha real ssenari üzrə bu rəqəm 500-600 min nəfər təşkil edəcək. Pessimistik proqnozlar haqda isə adam hətta, danışmaq belə istəmir...".
Bütün hallarda Nikol Paşinyan öz vədlərini və planlarını heç bir konkret əməllə təsdiq etmir - sadəcə olaraq, onun heç bir real proqramı yoxdur.
Hətta Ermənistanın böhrandan çıxması və ölkənin iqtisadi gələcəyi üzrə təxmini konsepsiya da yoxdur. Amma saysız-hesabsız səs-küylü bəyanatlar və utopik niyyətlər var. Sual olunur: əgər ölkənin iqtisadiyyatı tam tənəzzüldədirsə və bu cür hallarda nə kimi tədbirlərin görülməsi barədə hökumətin heç bir təsəvvürü yoxdursa, hansı investisiyalardan danışmaq olar?!
Ekspertlər Ermənistanın indiki vəziyyətini Ukrayna ilə müqayisə edirlər. Ölkəni olduqca neqativ nəticələrə məhz Ukrayna hakimiyyətinin belə populist qərarları gətirib çıxardı. Və Ukraynada da iqtisadiyyat, sözün həqiqi mənasında, dağılır, ticari-iqtisadi əlaqələr itirilib və vətəndaşlar ölkəni kütləvi tərk edirlər. Ancaq nəzərə alsaq ki, Ukraynadan fərqli olaraq Ermənistanda iqtisadi vəziyyət artıq kritik idi, deməli, bu ölkəni hələ çox sarsıntılar gözləyir.