Blokada şəraitində inkişaf » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Blokada şəraitində inkişaf PAŞİNYAN İQTİSADİ PLANINI AÇIQLADI

Blokada şəraitində inkişaf

Ermənistanda “Mənim addımım” etiraz hərəkatının lideri, sabah parlament tərəfindən baş nazir seçiləcəyi gözlənilən Nikol Paşinyan indiki blokada şəraitində ölkə iqtisadiyyatının inkişaf imkanları barədə öz baxışlarını açıqlayıb.

Virtualaz.org erməni KİV-lərinə istinadla xəbər verir ki, Paşinyan Azərbaycan və Türkiyə tərəfdən blokadanın qaldırılmasına ümid etmədiyini, iqtisadiyyatın bu şəraitdə inkişafına nail olmağa çalışacağını deyib.

“Biz arzuolunanlara deyil, reallıqlara əsaslanmalıyıq. Azərbaycan və Türkiyədə gedən proseslər bizə blokadanın götürüləcəyinə ümid etmək üçün əsas vermir. Biz iqtisadiyyatımızı indiki şərtlərdə daha effektiv etməliyik. Mən informasiya texnologiyalarının inkişafını nəzərdə tuturam. Ümid edirəm ki, son hadisələr Ermənistana investisiyaların cəlb edilməsi üçün zəmin yaradıb. Biz biznesə məsələləri rəqabət şəraitində həll etmək imkanı yaratmalıyıq”-Paşinyan bildirib.

Erməni inqilabı liderinin fikrincə iqtisadiyyatın inkişafının yeni komponenti investisiyalara imkan yaradılması, azad iqtisadi rəqabət olmalıdır. “Əgər siyasi şərtlər yaransa iqtisadiyyat bundan yararlanacaq. Yükdaşımalar sahəsində də rəqabətliliyi təmin etmək lazımdır”-o deyib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *