Tramp Meksika ilə sərhədi bağlayacağı ilə hədələdi
ABŞ prezidenti Donald Tramp qeyri-qanuni mühacirlərlə mübarizə aparmaq məqsədi ilə Meksika ilə sərhədi bağlaya biləcəyini bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə dövlət başçısı “Twitter” hesabında yazıb.
O qeyd edib ki, zəruriyət yaranacağı halda Meksika ilə sərhəd bağlanacaq. Tramp ABŞ-a yalnız xüsusi qaçqın statusuna malik şəxslərin buraxılacağını vurğulayıb.
Mənbə:> Oxu.Az