Tramp prezidentlə söhbətdə hövsələdən çıxıb və... - 50 dəqiqəlik gərgin telefon danışığı
Meksika Prezidenti Enrike Penya Nyeto amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.
Bununla bağlı ABŞ tərəfi məlumat yayıb.
50 dəqiqə davam edən telefon danışığı gərgin keçib. Tərəflər ABŞ-Meksika sərhədində tikilən divarla bağlı razılığa gələ bilməyiblər. Bu səbəbdən Meksika prezidenti ABŞ səfərini təxirə salıb.
Məlumata görə, danışıqlar zamanı Tramp Nyetonu razı sala bilmədiyi üçün hövsələdən çıxıb və bu səbəbdən gərginlik daha da artıb.
Qeyd edək ki, Tramp divarın tikintisinə Meksika tərəfinin də maliyyə ayırmasını tələb edib
Mənbə:> Teleqraf.com