Tramp: Mühacirlər, rədd olun ABŞ-dan
ABŞ prezidenti Donald Tramp Konqresi mühacirlər haqqında qanun qəbul etməyə və qeyri-qanuni şəkildə ölkəyə gələnləri qovmağa çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Tramp şəxsi “Twitter” səhifəsində yazıb.
“Sərhəd xidməti öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirir, lakin onların tabe olduqları qanunlar məntiqsizdir. Uşaqlı və ya uşaqsız insanlar bizim ölkəyə yol tapdıqda, onlara demək lazımdı ki, çıxıb getsinlər”, - Tramp yazıb.
Onun sözlərinə görə, qeyri-qanuni miqrantları ölkədən məhkəmənin qərarı olmadan deportasiya etmək lazımdır.
Daha öncə ABŞ prezidenti bəyan etmişdi ki, qeyri-qanuni miqrantların deportasiyası üçün məhkəmə qərarının zəruriliyini tələb edən ABŞ qanunları “dünyanın ən səfeh qanunlarıdır”.
Mənbə:> Oxu.Az