Tramp ABŞ-a gələn miqrantları növbəti dəfə aşağıladı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Tramp ABŞ-a gələn miqrantları növbəti dəfə aşağıladı – QOYNUMUZDA BƏSLƏNƏN İLAN

Tramp ABŞ-a gələn miqrantları növbəti dəfə aşağıladı

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlara gələn miqrantları növbəti dəfə aşağılayaraq onları sinədə bəslənilən ilana bənzədib.

"Report" xəbər verir ki, Ağ Ev rəhbəri ona Amerikanı sevən və işləyən insanların lazım olduğunu bildirib.

Vaşinqtonda islahatçıların qarşısında çıxış edən prezident miqrasiya mövzusuna toxunarkən əmin edib ki, o, ölkəyə gələrək işləyən insanları sevir. Hansılar ki, onlar da amerikalıları sevir, təhlükəsizliklərini və birliklərini istəyirlər.

"Mən istəyirəm ki, bu ölkəyə böyük insanlar gəlsinlər və istəmirəm ki, onlar belə gəlsinlər, necə ki, bunu indi edirlər. Mən ölkənin inkişafına töhfə verən insanları istəyirəm", - deyə Tramp bildirib.

O, amerikalıların qanunsuz miqrantların törətdikləri cinayətlərin qurbanı olmasından misallar gətirib. Daha sonra prezident döş cibindən kağız çıxarıb və zala müraciət edib: "Bu "ilan" adlanır və miqrasiya kontekstində bu haqda düşünün".

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *