Tramp bircinsli nikahların tərəfdarıdır
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin Ali məhkəməsinin bircinsli nikahların qanuniləşdirilməsi qərarına qarşı olmayacaq.
Oxu.Az xəbər verir ki, o, bu barədə CBS telekanalında yayımlanan “60 minutes” verilişinin efirində bildirib.
Aparıcı ilə danışıq zamanı ona bircinsli nikahlar haqqında sual verilib. Siyasətçi onun şəxsi görüşlərinin məna kəsb etmədiyini, qanun nöqteyi nəzərindən isə məsələnin həll olunduğunu bəyan edib.
“Müvafiq məhkəmə müraciətləri artıq Ali məhkəmə tərəfindən nəzərdən keçirilib və qərar qəbul edilib. Mən onunla razıyam”, - respublikaçı bildirib.
İyunun 15-də Orlandoda terror aktlarından, əfqan mənşəli amerikalı Omar Martinin Floridada gey-kluba hücum edərək 49 nəfəri güllələdikdən sonra Tramp qeyri-ənənəvi seksual orientasiyası olanları dəstəkləyib.
11 gün sonra ABŞ-ın Ali məhkəməsi bütün ölkə ərazisində bircinsli nikahların qeydiyyatdan keçirilməsini qanuniləşdirib.
Mənbə:> Oxu.Az