Tramp Avropanı hədələdi
ABŞ prezidenti Donald Tramp Avropa İttifaqında istehsal olunan avtomobillərə 20 faizlik idxal rüsumu tətbiq etməklə hədələyib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu haqda Ağ Ev rəhbəri öz “Twitter” hesabında yazı paylaşıb.
Trampı Avropada ABŞ məhsullarına tətbiq olunan rüsum və ticarət tarifləri hiddətləndirib.
“Bu tariflər və ticarət baryerləri ləğv olunub, geri götürülməsə, biz ABŞ-a idxal edilən bütün avtomobillərə görə 20 faizlik rüsum tutacağıq. Zəhmət çəkin, onları burda istehsal edin!” - deyə Tramp vurğulayıb.
Mənbə:> Virtualaz.org