Avropa İttifaqı ABŞ-a ticarət müharibəsi elan etdi » AzNews.info -Xəbər portalı

Bölmə: ---

Avropa İttifaqı ABŞ-a ticarət müharibəsi elan etdi

Avropa İttifaqı ABŞ-a ticarət müharibəsi elan etdi

Avropa İttifaqı Komissiyası iyulun 1-dən etibarən ABŞ-dan idxal olunan məhsullara yeni gömrük rüsumu tətbiq edəcək.

Bu barədə Avrokomisisyanın rəsmi saytında yerləşdirilən bəyanatda bildirilib.

Bəyanatda qeyd olunur ki, Avrokomissiyanın qərarı barədə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) məlumat verilib. Həmçinin vurğulanır ki, bu qərar ÜTT-nin qaydalarına uyğundur və ABŞ-ın tətbiq etdiyi tariflərə görə Avropa İttifaqının düşəcəyi 64 milyard dollarlıq ziyanı kompensasiya etməyə imkan verəcək.

İttifaqın ticarət üzrə komissarı Sesiliya Malmstrem bildirib ki, “Avropa İttifaqı ABŞ-ın qanunsuz tariflərinə eyni ölçüdə və mütənasib cavab verdi. Təəssüf edirik ki, ABŞ bizə İttifaqın maraqlarının qorumaqdan başqa çıxış yolu qoymadı”.

Qeyd edək ki, ABŞ administrasiyası iyunun 1-dən etibarən Avropa İttifaqı ölkələri, Kanada və Meksikadan idxal edilən polad və alüminium məhsullarına müvafiq olaraq 25 və 10 faizlik gömrük rüsumu tətbiq etməyə başlayıb. Avropa İttifaqından başqa, Kanada da Vaşinqtonun bu addımına qarşı ABŞ-dan idxal olunan bir sıra məhsullara əks-tariflər tətbiq edib.

Mənbə: azvision.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *