Avropa İttifaqı Dağlıq Qarabağ ərazisindən heç bir məhsul idxal etmir
“Avropa İttifaqı işğal edilmiş ərazilərdən heç bir məhsul və xidmət idxal etmir, çünki biz bu əraziləri müstəqil ölkə kimi tanımırıq”.
Virtualaz.org-un məlumatına görə, bunu Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasının ikinci sessiyasında çıxış edən Avropa İttifaqının Şərq Qonşuluğunda Regional Proqramlar Bölməsinin rəhbəri Vassilis Maraqos deyib.
O qeyd edib ki, əsas problem mənşə ölkələrinin adından istfiadə ilə bağlıdır: “Avropa İttifaqının Baş direktorluğu bununla əlaqədar olaraq ölkələrə müvafiq bildirişlər göndərib və onların nəzərinə çatdırıb ki, bu məsələyə diqqətlərini gücləndirsinlər. Düşünmürəm ki, bu məsələ ilə bağlı ikili standartlar tətbiq edilir. Avropa İttifaqı Dağlıq Qarabağ ərazisindən heç bir mal və xidmət idxal etmir”.
Mənbə:> Virtualaz.org