ABŞ Avropaya ticarət müharibəsi elan etdi » AzNews.info -Xəbər portalı

ABŞ Avropaya ticarət müharibəsi elan etdi

ABŞ Avropaya ticarət müharibəsi elan etdi

ABŞ iyunun 1-dən Avropa İttifaqı, Kanada və Meksikadan polad və alüminiumun idxalına görə rüsum tətbiq edəcək.

“Reuters” xəbər verir ki, belə bir bəyanatla ABŞ ticarət naziri Uilbur Ross çıxış edib.

Tarif rejimi ilə bağlı fərman hələ mart ayında verilsə də, Tramp administrasiyası müvəqqəti olaraq üç əsas tərəfdaşı - Avropa İttifaqı, Kanada və Meksika üçün istisna etmişdi.

Ticarətlə bağlı danışıqların aparılması üçün bu dövlətlərə mayın 31-ə kimi möhlət verilmişdi.

Buna baxmayaraq, tərəflər bu müddət ərzində rüsumlarla bağlı heç bir razılığa gələ bilməyib.

Rossun sözlərinə görə, polada görə 25 faizlik, alüminiuma görə isə 10 faizlik idxal rüsumu artıq cümə günündən etibarən qüvvəyə minəcək.

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Vaşinqtonun bu ölçülərinin cavabsız qalmayacağını bildirib.

“Bu qlobal ticarət üçün çox bədbin bir gündür. Biz dərhal Ümumdünya Ticarət Təşkilatına müraciət edəcəyik və yaxın saatlarda cavab tədbirlərini elan edəcəyik”, - deyə Yunker qeyd edib.

Mənbə: Reuters
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *