Tramp CNN telekanalının prezidentinin işdən çıxarılmasını istəyir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Tramp CNN telekanalının prezidentinin işdən çıxarılmasını istəyir

Tramp CNN telekanalının prezidentinin işdən çıxarılmasını istəyir

ABŞ prezidenti Donald Tramp CNN telekanalının prezidenti Ceff Zakerin vəzifədən azad edilməsinə çağırıb. D.Tramp bu barədə "Twitter"dəki səhifəsində yazıb.

Onun sözlərinə görə, telekanal auditoriyanın etimadını itirmək istəmirsə, C.Zakerin istefası zəruridir.

"Balaca Ceff Zaker işini bərbad icra edir, reytinqləri çox aşağıdır, AT&T isə etimadı qorumaq üçün onu işdən qovmalıdır", - D.Tramp bildirib.

O, telekanalın ABŞ prezidentinin fəaliyyəti ilə bağlı olan qərəz səbəbindən normal fəaliyyət göstərə bilmədiyini qeyd edib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *