Deportasiya olunmuş rusiyalı bloger yenidən Bakıya gəldi
Ötən gecə saat 1:30-da rusiyalı bloger İlya Varlamov Bakı hava limanına gələrək, dövlət sərhədini keçib və Azərbaycana daxil olub. Bu barədə virtualaz.org-a Heydər Əliyev hava limanındakı mənbə məlumat verib.
* * *00:31
Məşhur rusiyalı bloger İlya Varlamov yenidən Bakıya gəlir. Virtualaz.org xəbər verir ki, bir neçə dəqiqədən sonra İ.Varlamov AZAL aviaşirkətinin təyyarəsi ilə İstanbuldan Bakıya gələcək.
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən redaksiyamıza daxil olan məlumata əsasən, Bakı hava limanında dünən baş vermiş anlaşılmazlıq aradan qaldırılıb və Varlamovun deportasiyası barədə qanunsuz qərar qəbul etmiş məmurlar cəzalandırılıb.
Xatırladaq ki, dünən məşhur rusiyalı bloger və fotoqraf İlya Varlamov Bakı hava limanından Azərbaycan ərazisinə buraxılmayıb və ona bildirilib ki, ölkəyə daxil olması arzu olunan deyil. Varlamovun özünün bildirdiyinə əsasən. o, Dağlıq Qarabağa səfər etməyib və bu vaxta qədər Bakıya səfərləri zamanı heç bir problemlə qarşılaşmayıb.
Mənbə:> Virtualaz.org