İstanbuldan Bakıya uçuşlar dayandırıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

İstanbuldan Bakıya uçuşlar dayandırıldı

İstanbuldan Bakıya uçuşlar dayandırıldı

Noyabrın 25-26 tarixlərində İstanbulun “Atatürk” Hava Limanından Bakıya yerinə yetirilməsi nəzərdə tutulan uçuşlar təxirə salınıb.

APA THY-nin saytına istinadən xəbər verir ki, buna səbəb “Atatürk” Hava Limanında gözlənilən küləkli və qatı dumanlı hava şəraitinin olmasıdır. Məhz bu səbəbdən ümumilikdə 56 ölkədaxili və xarici aviareys təxirə salınıb.

Təxirə salınan səfərlər içərisində bu gün və sabah Heydər Əliyev adına beynəlxalq hava limanına nəzərdə tutulan aviareyslər də var.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən (AZAL) isə sayta bildirilib ki, Türkiyədəki hava şəraiti ilə əlaqədar AZAL heç bir aviareysi təxirə salmayacaq: “Faktiki hava şəraitinə və hava proqnozuna əsasən, biz İstanbula olan reysi təxirə salmaq üçün heç bir əsas görmürük".

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *