Surqut-Lənkəran aviareysinin açılması təxirə salınıb
Bu gündən etibarən Rusiyanın Surqut şəhərindən Lənkərana açılması planlaşdırılan aviareys təxirə salınıb.
AzNews.info xəbər verir ki, Lənkəran Beynəlxalq Hava Limanından “Report”a verilən məlumata görə, uçuş rəsmən açıqlanmayan səbəbə görə qarşı tərəf - “UTair” aviaşirkəti tərəfindən təxirə salınıb.
Reysin nə zaman açılacağı da bildirilmir.
Qeyd edək ki, Rusiyanın “UTair” aviaşirkəti bu reysi “Boeing 737” təyyarəsi ilə həyata keçirmək niyyətindədir.
Mənbə:> Report.az