Macarıstanın baş naziri Türkiyənin tərəfini tutdu
Avropa İttifaqı Türkiyənin bu təşkilata üzvlüyü ilə bağlı şərtlərdə “ciddi” deyil.
Oxu.Az xəbər verir ki, bu fikirləri Macarıstanın baş naziri Viktor Orban Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Budapeştdə keçirdiyi görüş zamanı deyib .
O qeyd edib ki, Avropa İttifaqı Türkiyə ilə əməkdaşlıq edib-etməməklə bağlı qərarını verməlidir.
“Biz bu ölkə ilə danışıqlar aparmağı təklif etmişdik, ancaq nəhəng dövlətlər Türkiyənin heç vaxt Avropa Birliyinə üzv ola bilməyəcəyini dedilər”, - Orban bildirib.
O bildirib ki, Türkiyənin miqrant siyasəti Avropanın, eləcə də, Macarıstanın təhlükəsizliyi üçün vacibdir.
Mənbə:> Oxu.Az