Macarıstanın müdafiə naziri istefa verib
Macarıstanın müdafiə naziri Çaba Hende istefa verib.
Oxu.Az Gazeta-ya istinadən xəbər verir ki, onun qərarı hökumətin miqrantlarla əlaqədar iclasından sonra açıqlanıb.
Qeyd edək ki, bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban miqrant axınının qarşısını almaq üçün Avropa ölkələrinin öz sərhədlərində ordu yerləşdirilməsini təklif etmişdi.
Mənbə:> Oxu.Az