Baş nazir miqrantlarda terrorçu görür » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Baş nazir miqrantlarda terrorçu görür

Baş nazir miqrantlarda terrorçu görür


Macarıstanın baş naziri Viktor Orban Avropaya qanunsuz miqrant axının çoxalması ilə terror təhlükəsinin artması arasında birbaşa əlaqə olduğunu düşünür.

ANS PRESS-in məlumatına görə, Rumıniyanın Bayle şəhərində keçirilən mədəni festivalda çıxış edən Orban bununla mühafizəkar hökumətinin anti-mühacirət siyasətinə bəraət qazandırmış olub.

O, nəhəng mühacir kütləsi arasında terrorçuları müəyyənləşdirməyin mümkün olmadığını bildirib.

Baş nazir Avropa Birliyini öz vətəndaşlarını qanunsuz mühacir axınından qoruya bilməməkdə ittiham edib. Onun fikrincə, bu, Avropa ölkələrinin mədəni kimliyinə təhlükə törədir və işsizliklə cinayətkarlığın artmasına gətirir.

Macarıstan qanunsuz mühacir axınını önləmək üçün Serbiya ilə sərhəddə divar tikdirir. Macarıstan hakimiyyətinin bu əməli Serbiya və BMT-nin qaçqınlarla iş üzrə qurumu tərəfindən tənqid edilib.

Bu il Macarıstana 90 minədək mühacir gəlib ki, bu da əvvəlki illərlə müqayisədə çoxdur. Onların əksəriyyəti onlara sığınacaq verilməsini xahiş edir və Avropa Birliyinin başqa ölkələrinə yollanırlar.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *