Ərdoğan ölkədə referendum keçirməklə hədələdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Avropa İttifaqı Ankaranın qəbul prosesini uzadır.
Oxu.Az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, o, ölkədə bununla bağlı referendumun keçirilə biləcəyini deyib.
“Avropa İttifaqına üzv olan ölkələri bizimlə müqayisə etmək olmaz. Əgər belə davam etsə, biz Avropa İttifaqı ilə bağlı 81 milyonluq xalqımıza müraciət etməli olacağıq, görək, onlar buna nə deyir”, - türkiyəli lider bildirib.
Onun sözlərinə görə, Brüssel Türkiyənin təşkilata üzvlüyü ilə bağlı mövqeyini dəqiqləşdirməlidir.
Mənbə:> Oxu.Az