Paşinyan: "Azərbaycan heç vaxt KTMT-yə daxil olmayacaq" » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Paşinyan: "Azərbaycan heç vaxt KTMT-yə daxil olmayacaq" PAŞİNYAN BÖYÜK SİYASƏTÇİ OLMAQ İSTƏYİNƏ DÜŞÜB...

Paşinyan: "Azərbaycan heç vaxt KTMT-yə daxil olmayacaq"

Azərbaycan heç vaxt KTMT-yə üzv, hətta müşahidəçi kimi də, olmayacaq - Ermənistan buna imkan verməz.

Virtualaz.org “Sputnik Armeniya”ya istinadən bildirir ki, bunu çərşənbə günü Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə “Hökumət saatı”nda Respublika partiyasından deputat Armen Aşotyanın sualına cavab verərkən deyib.

Paşinyan qeyd edib ki, KTMT-yə yeni ölkələrin daxil olması konsensusla həll edilir və Azərbaycanın bu təşkilata daxil olması ilə bağlı məsələdə Ermənistanın mövqeyi haqda danışmaq artıqdır.

"Ermənistan heç vaxt razılaşmayacaq ki, Azərbaycan bizim üçün əsas hərbi-siyasi təşkilatda üzv və ya hətta müşahidəçi olsun", - Paşinyan bildirib.

O, əlavə edib ki, Azərbaycanın KTMT-yə inteqrasiyası haqda istənilən danışıqların heç bir əsası yoxdur.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *