Paşinyan: Ermənistan heç vaxt buna razı olmayacaq » AzNews.info -Xəbər portalı

Paşinyan: Ermənistan heç vaxt buna razı olmayacaq

Paşinyan: Ermənistan heç vaxt buna razı olmayacaq


Azərbaycan heç vaxt Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hətta müşahidəçi üzvü belə olmayacaq və Ermənistan buna icazə verməyəcək.

Oxu.Az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə keçirilən hökumət saatında Respublika Partiyasından olan deputat Armen Aşotyanın sualına cavab verərkən deyib.

O qeyd edib ki, KTMT-yə yeni üzvün qəbulu konsensusla həll edilir, Azərbaycanın bu təşkilata üzvlüyü məsələsində Ermənistanın mövqeyi ilə bağlı danışmaq artıqdır.

“Ermənistan heç vaxt buna razı olmayacaq”, - Paşinyan bildirib.

O əlavə edib ki, Azərbaycanın KTMT-yə üzvlüyü ilə bağlı söhbətlər əsassızdır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *