Paşinyan Qarabağda müharibə riski haqda –RUSİYA İMKAN VERMƏZ, YENİLƏNİB
Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, regionda müharibənin yenidən başlaması təhlükəsi həmişə mövcuddur və buna hazır olmaq lazımdır. Lakin onun fikrincə Rusiya imkan verməz ki, Azərbaycan müharibəyə başlasın.
“Hamı başa düşür ki, Rusiya superdövlət kimi regionda müharibənin başlamasına yol verməmək üçün imkanlara malikdir. İnana bilmərəm ki, Ermənistanın dostu və strateji müttəfiqi Rusiya müharibənin başlamasına yol verməmək üçün öz rıçaqlarından istifadə etməsin. Hamı kimi məndə əminəm ki, Rusiya Azərbaycanın müharibəyə başlamasına yol verə bilməz”-Paşinyan deyib.
* * *13:45
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlara hazır olduğu barədə bəyanat verib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan bu haqda mətbuat konfransında deyib.
“Mən Azərbaycan prezidenti ilə danışıqlara hazıram. Danışıqlar üçün material var”-Nikol Paşinyan bildirib.
Ermənistan baş naziri əlavə edib ki, etimad mühiti olmalıdır və bunsuz münaqişəni həll etmək mümkün deyil.
Mənbə:> Virtualaz.org