Dövlət Departamentinin hərbi-siyasi işlər Bürosunun rəhbəri Bakıya səfir göndərilir » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Dövlət Departamentinin hərbi-siyasi işlər Bürosunun rəhbəri Bakıya səfir göndərilir

Dövlət Departamentinin hərbi-siyasi işlər Bürosunun rəhbəri Bakıya səfir göndərilir


ABŞ prezidenti Donald Tramp Azərbaycan və Tacikistana səfirlərin təyinatı barədə qərarverməyə hazırlaşır. Virtualaz.org xəbər verir ki, Ağ evdən bildirildiyinə görə Tacikistandakı səfir vəzifəsinə namizəd olaraq prezident Con Pommerşeymi irəli sürəcək. Pommerşeym karyeralı diplomatdır, ABŞ-ın Qazaxıstandakı səfirliyində işləyir.

Trampın ABŞ-ın Bakıdakı səfiri postuna namizədi isə Dövlət Departamentində yüksək vəzifə tutan peşəkar diplomat İrli litsenberqerdir (Earle Litzenberger).

Dövlət Departamentinin hərbi-siyasi işlər Bürosunun rəhbəri Bakıya səfir göndərilir


İrli Litsenberqer Dövlət Departamentinin hərbi-siyasi məsələlər üzrə Bürosunun baş müşaviridir. Bu vəzifəyə 2018-ci ilin yanvarında təyin edilib. Həmin vəzifədə Litsenberqer Büronun idarə edilməsinin bütün aspektlərinə rəhbərlik edir. Dövlət katibinin köməkçisinin birinci müavini yerində olmadıqda İrli Litsenberqer onun səlahiyyətlərini icra edir.

Litsenberqer uzun müddətdir diplomatik xidmətdə işləyir və Nazir Müşaviri (Minister Counselor) ali diplomatik rütbəsinə malikdir.

Litsenberqer bundan əvvəl ABŞ-ın NATO-dakı missiyasının rəhbərinin müavini (2014-2017) olub, Serbiya, Qırğızıstandakı səfirliklərdə işləyib. NATO-nun Əfqanıstandakı baş mülki nümayəndəsinin müavini (2013-2014) olub. Habelə ABŞ-ın Avropa İttifaqındakı missiyasında, Qazaxıstan, Bolqarıstan və Əlcəzairdəki səfirliklərdə, Fransanın Marsel şəhərindəki ABŞ konsulluğunda işləyib. Dövlət katibinin müavininin Dəftərxanasında, Yaxın Şərq işləri Bürosunda və Hərbi-Siyasi işlər Bürosunda müxtəlif vəzifələr tutub. Fransız, rus, bolqar və serb-xorvat dillərini bilir.

Dövlət Departamentinin hərbi-siyasi işlər Bürosunun rəhbəri Bakıya səfir göndərilir


Litsenberqerin Bakıda səfir təyinatı üçün onun namizədliyi Senat tərəfindən təsdiqlənməlidir. Xatırladaq ki, ABŞ-ın Bakıdakı səfiri postu uzun müddətdir boş idi.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *