ABŞ səfiri kim olacaq?
ABŞ Senatının xarici məsələlər üzrə Komitəsində 2 gündən sonra Azərbaycana səfir postuna təyin ediləcək namizədin məsələsinə baxılacaq.
ANS PRESS-in məlumatına görə, sentyabrın 17-də Komitədə Azərbaycana səfirlik postuna namizədliyi irəli sürülmüş Robert Sekutun məsələsinə baxılacaq.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Barak Obama R.Sekutun Azərbaycana səfir kimi namizəd göstərmişdi.
Mənbə:> ANSPRESS