Rusiya Qazaxıstandakı sabiq səfirini Azərbaycana göndərir
Rusiya Federasiyasının Qazaxıstandakı sabiq səfiri Mixail Boçarnikov Moskvanın Azərbaycandakı diplomatik missiyasına rəhbər təyin oluna bilər. Onun namizədliyi bazar ertəsi Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə profil komitəsi tərəfindən təsdiq olunub.
Bu barədə KİV-ə Komitənin sədr müavini Konstantin Zatulin məlumat verib.
Onun sözlərinə görə, bu gün Komitədə Moldova və Azərbaycana yeni səfirlərin namizədliyi məsələsinə baxılıb. Komitə Moldovada səfir postuna Oleq Vasnetsovun, Azərbaycanda isə Mixail Boçarnikovun namizədliyini təsdiqləyib.
Mənbə:> Virtualaz.org