XİN: "Bəli, səfirliklərdə MTN-çilər də işləyir" » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

XİN: "Bəli, səfirliklərdə MTN-çilər də işləyir"

XİN: "Bəli, səfirliklərdə MTN-çilər də işləyir"


“Beynəlxalq diplomatik praktikaya və dövlətlərarası əməkdaşlığın səviyyəsinə uyğun olaraq, diplomatik nümayəndəliklərdə digər dövlət qurumlarının əməkdaşlarının da təmsil olunması adi haldır”.

Bu sözləri APA-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının çalışması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu çərçivədə ölkədən və ikitərəfli əməkdaşlığın xarakteri və səviyyəsindən asılı olaraq Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliklərində Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Gömrük Komitəsi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları da təmsil olunurlar: “Qarşılıqlılıq prinsipi əsasında digər dövlətlərin də Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərində həmin ölkələrin müvafiq qurumlarının əməkdaşları xidmət edirlər”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *