Rusiya mənbələri: “Belə davam etsə Qarabağın da taleyi Yerevansız həll ediləcək” » AzNews.info -Xəbər portalı

Rusiya mənbələri: “Belə davam etsə Qarabağın da taleyi Yerevansız həll ediləcək” ŞİMALDAN PAŞİNYANA SENSASİON MESAJ

Rusiya mənbələri: “Belə davam etsə Qarabağın da taleyi Yerevansız həll ediləcək”

Xəzərin hüquqi statusuna dair konvensiyanın imzalanması regionda uzunmüddətli və qlobal irəliləyişlərə səbəb olacaq. Virtualaz.org xəbər verir ki, bu barədə “Krasnodarskie izvestie” portalının şərhçisi Konstantin İzotyevin məqaləsində deyilir.

Müəllifə görə mütəxəssislər bu sənəddən bütün sahilyanı ölkələrin udduğunu deyirlər. “Amma hamıdan çox udan Azərbaycan oldu”-o bildirir.

Rusiya mənbələri: “Belə davam etsə Qarabağın da taleyi Yerevansız həll ediləcək”


Müəllifin fikrincə konvensiya dənizin Azərbaycan üçün maksimal komfort bölgüsünü təmin edib və bu ölkə öz şelfində daha çox neft-qaz hasil edə biləcək.Əvəzində isə Rusiya onun icazəsi olmadan tikilən istənilən transxəzər kəmərini bloklamaq səlahiyyəti əldə edir.”Rusiya və İran üçün mühüm bənd həm də ondan ibarətdir ki, Xəzər hövzəsində regiondan kənar ölkələrinin hərbi iştirakı qadağandır. Faktiki olaraq görürük ki, hər iki ölkə Azərbaycanın xarici siyasət loyallığını neft və qazla alıblar”-rusiyalı müəllif bildirir.

Rusiya mənbələri: “Belə davam etsə Qarabağın da taleyi Yerevansız həll ediləcək”


Bəs Ermənistan?

Müəllif qeyd edir ki, Ermənistan bu razılaşmadan ancaq problem qazanacaq. Birincisi Xəzərdən heç bir neft-qaz kəməri bundan sonra da Ermənistan ərazisindən keçməyəcək, Azərbaycan buna imkan verməyəcək. İkincisi rəsmi Yerevanın NATO ilə oynaması onu zərbə altında qoyur.

Rusiya mənbələri: “Belə davam etsə Qarabağın da taleyi Yerevansız həll ediləcək”


“Rusiya İranla bərabər buna dözmək niyyətində deyil və əgər lazım olarsa erməni hakimiyyətinin qeyri-dost iyasətinin nəticələrini neytrallaşdırmaq üçün Azərbaycana istənilən köməyi edəcək. Nəhayət ən vacibi. Ermənistanın baş naziri Nikol Paşinyan növbəti mitinqdə özünün hakimiyyətə gəlişinin 100 günlüyünü qeyd etməyə hazırlaşır və yolüstü özünün siyasi opponentləri ilə haqq-hesab çürüdür, belə bir vaxtda regionda mühüm geosiyasi qərarlar Ermənistanın iştirakı olmadan qəbul edilir. Əgər belə davam etsə Dağlıq Qarabağın da taleyini Yerevansız həll ediləcəyi saat gəlib çatacaq”-məqalədə deyilir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *