Xəzərin bölüşdürülməsinə dair sənəd hökumətin saytından silindi » AzNews.info -Xəbər portalı

Xəzərin bölüşdürülməsinə dair sənəd hökumətin saytından silindi – SƏHVƏN QOYULUBMUŞ

Xəzərin bölüşdürülməsinə dair sənəd hökumətin saytından silindi

Rusiya hökumətinin hüquqi informasiya portalından Xəzərin hüququ statusuna dair konvensiya layihəsi silinib. Virtualaz.org “Kommersant”a istinadən xəbər verir ki, sənədin ötən həftə səhvən portalda yerləşdirildiyi üzə çıxıb və tezliklə saytdan çıxarılıb. Çünki sənəd ancaq imzalanandan sonra dərc edilməliymiş.

Xəbər verdiyimiz kimi uzun illərdir aparılan danışıqların nəticəsi olaraq beş sahilyanı ölkənin razılaşdırdığı konvensiya layihəsində Azərbaycan və Türkmənistanı birləşdirən Transxəzər qaz kəməri layihəsinin yolu açılırdı. Sənəddə göstərilirdi ki, sahilyanı ölkələr dənizin dibi ilə kabellər və boru kəmərləri çəkə bilərlər, ancaq bu kəmərlərin və kabel xətlərinin marşrutu həmin marşrut hansı ölkələrin dəniz sektorlarından keçəcəksə təkcə onlar tərəfindən razılaşdırılacaq. Qalan sahilyanı ölkələr isə bu barədə sadəcə olaraq məlumatlandırılacaq. Habelə boru kəmərləri və kabel xətləri çəkənlər ekoloji normalara əməl etməlidir.

Xəzərin bölüşdürülməsinə dair sənəd hökumətin saytından silindi


Bu, Xəzərin hüquqi statusuna dair konvensiya layihəsində ən mühüm məqamdır. Çünki illərdir ABŞ və Avropa İttifaqı Transxəzər qaz kəmərinin çəkilməsi üçün çalışır, amma Rusiya dənizin dibi ilə kəmərlərin çəkilməsinə qarşı idi və türkmən qazının Azərbaycan üzərindən Avropaya nəqlini öz maraqlarına təhlükə sayırdı. İndi isə belə görünür ki, Rusiya kompromisə gedib və Transxəzər qaz kəmərinin yolunu açmağa hazırdır.

Lakin səhvən sızdırılmış konvensiya layihəsində o da deyilirdi ki, Xəzər sahilində yerləşməyən ölkələrin dənizdə hərbi iştirakı mümkün deyil. Bu da NATO-nun və ABŞ-ın Xəzərə yolunu bağlamaq üçündür.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *