Moskva Xəzər vasitəsilə qaz kəmərinin tikintisinə qarşı çıxış etdi
“Xəzər dənizində boru kəmərlərinin tikintisi üzrə birtərəfli qərar yolverilməzdir”. ANS PRESS-in məlumatına görə, bunu Rusiya prezidentinin MDB-nin iştirakçı dövlətləri ilə delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov bildirib.
"Bu məsələ üzrə Rusiyanın mövqeyi əsaslı və son dərəcə açıqdır. Xəzər dənizinin məxsus olduğu unikal hövzədə magistral boru kəmərlərinin çəkilişinə, hər şeydən əvvəl ekologi prizmadan və yalnız sonra iqtisadi cəhətdən baxmaq lazımdır", - deyə Bratçikov Rusiya XİN-nin rəsmi saytında dərc edilmiş "Caspian Energy" jurnalına müsahibəsində bildirib.
Səfir bununla yanaşı vurğulayıb ki, məsələnin ekoloji tərəfi bütün Xəzəryanı dövlətlərə aiddir və buna görə bütün qərarları birgə qəbul etmək lazımdır.
"Burda beş Xəzəryanı dövlətin hamısı səs hüququna malikdir. Çünki, Xəzər dənizinin gələcəyi üçün həmrəy məsuliyyət daşıyırlar. Transxəzər boru kəmərlərinin tikintisində birtərəfli fəaliyyət yolverilməzdir, - deyə Bratçikov qeyd edib.
Hazırda Avropaya türkmən qazının çatdırılması layihəsi araşdırılır. Bu məsələdə Aşqabad və Brüssel danışıqları 2011-ci ildən keçirilir. Transxəzər qaz kəməri təbii qazın Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək. “Tengiz” (Qazaxıstan) - “Türkmənbaşı” (Türkmənistan) - Bakı (Azərbaycan) -Tiflis (Gürcüstan) - Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 mlrd. kubmetr təbii qazın ixracı üçün nəzərdə tutulur. Layihənin dəyəri 7,9 mlrd. avro məbləğində qiymətləndirilir.
Mənbə:> ANSPRESS