Rusiyadan icazəsiz Xəzərin dibindən Bakıya qaz kəməri? » AzNews.info -Xəbər portalı


Rusiyadan icazəsiz Xəzərin dibindən Bakıya qaz kəməri?

Rusiyadan icazəsiz Xəzərin dibindən Bakıya qaz kəməri?

Xəzəryanı ölkələrin başçıları avqustun 12-də Aktauda dənizin hüquqi statusuna dair konvensiyanı imzalamağa hazırlaşırlar. Virtualaz.org Rusiya hökumətinin saytında “təsadüfən” yerləşdirilən bu sənədin məzmunu haqda bundan əvvəl bəhs etmişdi. Sənəddə göstərilirdi ki, sahilyanı ölkələr Xəzərin dibi ilə neft-qaz kəmərləri çəkə bilərlər. Bunun üçün ancaq kəmərin keçdiyi sektorların aid olduğu ölkələrin razılaşması kifayət edəcək.

Başqa sözlə, konvensiya uzun illərdir müzakirə olunan və türkmən qazının Azərbaycan üzərindən Avropa bazarlarına nəqlini nəzərdə tutan Transxəzər qaz kəməri layihəsinə yaşıl işıq yandırır. Hansı ki, Rusiya (o cümlədən İran) həmişə bu layihənin əleyhinə olub, dənizin dibindən kəmərlərin çəkilməsi üçün “bütün sahilyanı dövlətlərin icazəsinin gərək olduğunu” irəli sürüb.

Amma “Kommersant”ın məlumatından belə çıxır ki, bu məsələdə optimizm üçün hələ ciddi əsas yoxdur. Konvensiya Transxəzər qaz kəməri layihəsinin yolunu açsa da Rusiya bu layihəni əngəlləmək üçün rıçaqlara malik olacaq.

Rusiyadan icazəsiz Xəzərin dibindən Bakıya qaz kəməri?


Məsələ ilə məşğul olan iki Rusiya dövlət strukturundakı mənbələr bildiriblər ki, konvensiya ilə birlikdə Xəzərdə həyata keçirilən layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi prosedurana dair protokol da imzalanacaq. Habelə belə variant nəzərdən keçirilir ki, həmin protokolu əsas konvensiyanın imzalanmasından əvvəl ətraf mühit və təbii sərvətlər nazirləri, yaxud xarici işlər nazirləri imzalasınlar. Protokol Xəzərdə həyata keçirilən iri layihələrin, o cümlədən boru kəmərləri layihələrinin bütün sahilyanı ölkələrin arasında konsensus əsasında həyata keçirilməsini nəzərdə tutur.

“Sənəddən aydın şəkildə bəlli olur ki, layihələrin təkcə milli ekoloji ekspertizası və ya beynəlxalq ekspertizası kifayət deyil. Tikintiyə razılıq bütün sahilyanı ölkələr tərəfindən verilməlidir”-mənbələrdən biri “Kommersant”a deyib.

Mənbə əlavə edib ki, konvensiya və protokol bir-biri ilə bağlıdır. Və mənbənin sözlərinə görə məsələ “sırf ekoloji risklərin minimallaşdırılmasına” xidmət edir, yəni hansısa siyasi maneədən söhbət getmir.

Rusiyadan icazəsiz Xəzərin dibindən Bakıya qaz kəməri?


Qaz sahəsindəki mənbələr isə deyirlər ki, hətta bu protokol olmasaydı belə Transxəzər qaz kəmərinin perspektivləri yüksək deyildi. Çünki Türkmənistan heç Çinə vəd etdiyi həcmdə qaz ixrac edə bilmir və ötən qış müqavilə öhdəliklərini yerinə yetirə bilməyib. Üstəlik Mərkəzi Asiya-Çin qaz kəmərinin dördüncü qolunun (ildə 35 milyard kubmetr) çəkilməsi nəzərdə tutulur ki, bu da Türkmənistanı hasilatı artırmağa məcbur edəcək. “Biz azı 10 il bundan sonra türkmən qazını Avropada görə bilməyəcəyik”-mənbə deyib.

Rusiya Elmlər Akademiyasının Mərkəzi Asiya və Qafqazı araşdırma qrupunun rəhbəri Stanislav Pritçinə görə isə Azərbaycan Cənub Qaz Dəhlizini işə salmağa hazırlaşır və türkmən qazının tranziti ona elə də vacib deyil. Onun fikrincə Transxəzər qaz kəməri Azərbaycanın qaz yataqlarında hasilatın azalacağı vaxtlarda gərəkli ola bilər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *