Aleksandr Rar: "İlham Əliyevin Paşinyanla görüşündən sonra irəliləyiş olsa..." » AzNews.info -Xəbər portalı

Aleksandr Rar: "İlham Əliyevin Paşinyanla görüşündən sonra irəliləyiş olsa..."

Aleksandr Rar: "İlham Əliyevin Paşinyanla görüşündən sonra irəliləyiş olsa..."

Ermənistanda hakimiyyətin dəyişməsi Qarabağ münaqişəsinin nizama salınması üzrə sülh prosesində irəliləyiş üçün imkanlar açır.

Bunu virtualaz.org-a eksklüziv açıqlamasında məşhur alman politoloqu Aleksandr Rar deyib.

Politoloqun sözlərinə görə, Qarabağ münaqişəsi Serj Sarkisyan hakimiyyətinin siyasətinin əsasını təşkil edirdi: "Sarkisyanın komandası hakimiyyətə Qarabağ dalğasında gəldi və əhaliyə "Qarabağ bizimdir" deməkdən başqa heç nə təklif edə bilmədi. Ermənistanın yeni hakimiyyəti Avropa liberal dəyərlərini bu və ya digər dərəcədə irəli çəkməyə məcbur olacaq. Əks təqdirdə inqilabdan sonra Sarkisyanın istefası ilə Ermənistan əhalisinin həyatında ümumiyyətlə heç nə dəyişməyəcək. Yeni hakimiyyət xarici siyasət kursunu Qərbə tərəf dəyişdirməyi bacarmayacaq. Ermənistan bir neçə səbəbə görə Rusiyanın hərbi və iqtisadi asılılığından çıxa bilmir. Amma inqilabdan sonrakı dövrdə erməni xalqına dəyişikliklər lazımdır. Və belə dəyişikliklər daxili siyasətdə ola bilər. Deyək ki, məhkəmə islahatı, işlərə müstəqil məhkəmələrdə baxılması təminatı, iqtisadiyyatın liberallaşdırılması və s. Bütün bunlar Qarabağ münaqişəsinin nizama salınmasında Yerevanın nisbətən praqmatik yanaşmasına gətirib çıxara bilər".

Aleksandr Rar: "İlham Əliyevin Paşinyanla görüşündən sonra irəliləyiş olsa..."


A.Rar danışıqlar prosesi ilə bağlı proqnozlarında optimistdir: "Əgər prezident İlham Əliyevin Ermənistanın yeni hakimiyyətinin rəhbəriyi ilə görüşündən sonra Qarabağ münaqişəsində sülhün əldə olunması yolunda görünməmiş irəliləyişə nail olunsa, mən təəccüblənməyəcəyəm".

Onun sözlərinə görə, yaxın vaxtlarda Ermənistanda daxili siyasi vəziyyəti yeni hökumətin nə qədər möhkəm olacağından asılı olacaq. “Adətən rəngli inqilabların qələbəsindən sonra dünənki müttəfiqlər tezliklə düşmənlərə çevrilirlər və vətəndaş qarşıdurmasının növbəti burulğanı başlayır”, - deyə A.Rar vurğulayıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *