"Daşnaklar" Qarabağ üzrə təkliflərə görə Ter-Petrosyana hücüma başladı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

"Daşnaklar" Qarabağ üzrə təkliflərə görə Ter-Petrosyana hücüma başladı

"Daşnaklar" Qarabağ üzrə təkliflərə görə Ter-Petrosyana hücüma başladı

Daşnaksutyun Erməni İnqilabçı Federasiyasından (DEİF) deputatlığa namizəd Armen Rustamyan Ermənistanın birinci prezidenti, "Erməni Milli Konqresi"nin (EMK) lideri Levon Ter-Petrosyanın Qarabağ münaqişəsinin nizama salınması üzrə təkliflərini tənqid edib.

Virtualaz.org xatırladır ki, sabiq prezident Dağlıq Qarabağ ətrafındakı ərazilərin tərəflərin danışıqlar apardığı sənədə uyğun olaraq Azərbaycana qaytarılmalı olduğunu bildirib. "Əgər biz bunu könüllü etməsək, onda bu torpaqlar sanksiyalarla alınacaq", - L.Ter-Petrosyan deyib.

O qeyd edib ki, dövlət cəmiyyəti bu qərarlara hazırlamalıdır: "Əgər Serj Sarkisyan bu yol ilə gedərsə, mən sona kimi onun yanında olacam", - sabiq prezident bildirib.

Armen Rustamyanın sözlərinə görə, bu təkliflər məhvedicidir. O hesab edir ki, Levon Ter-Petrosyan eynilə Azərbaycan rəhbərliyinin səsləndirdiyi tezisləri səsləndirir.

"Ermənistanda Azərbaycanın tezislərinin təbliğatçısı olan siyasi güc var. Çünki onların dediklərini rəsmi Bakının dilindən eşitmək olar", - news.am saytı Rustamyandan sitat gətirib.

DEİF nümayəndəsinin fikrincə, belə bəyanatı səsləndirməzdən əvvəl Ter-Petrosyan erməni xalqının fikrini nəzərə almalı idi. Amma o bunu etməyib.

Rustamyan qeyd edib ki, Levon Ter-Petrosyan xalqa tamamilə başqa konsepsiyanı tətbiq etməyi öz həyatının hədəfi seçib və bu heç vaxt Qarabağ əhalisinin mövqeyini əks etdirməyib.

O, həmçinin sabiq prezidenti, Ermənistanın hazırkı hakimiyyətinin danışıqlar apardığı müqavilənin tezislərini təqdim etdiyini deməklə, yalan danışmaqda suçlayıb.

“Əgər bu Serj Sarkisyanın mövqeyidirsə, onda niyə bunu Levon Ter-Petrosyandan eşidirik? O özünü müxalifət elan edir və həm də Ermənistanda həll olunmamış bütün problemlərin Qarabağ münaqişəsinin həll olunmamazlığının nəticəsi olduğunu bildirir. Deməli, o hazırkı hakimiyyəti yalnız bu məsələdə dəstəklədiyini deməklə yalan danışır, o, hakimiyyəti bütün məsələlərdə dəstəkləyir. Sual yaranır: o bütün bunları niyə elan edib? Mən hesab edirəm ki, o bununla ən bacarıqlı rəhbər olduğunu göstərmək və öz adını bizim tarixi salnamələrə qızıl hərflərlə yazdırmaq istəyir.

Müharibədə təslim olmaq da sülhə səbəb olan addımdır və Levon Ter-Petrosyan təslim olmağı təklif edir ki, bu müharibə qurtarsın", - deyə Rustamyan bildirib.

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan daha əvvəl də Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasının vacibliyini bildirmişdi. Yerli İctimai Televiziyaya son müsahibəsində o, bir daha bu barədə danışaraq qeyd etmişdi ki, işğal altındakı Azərbaycan ərazilərinin ermənilərin təfəkküründə necə adlanmasından (“azad olunmuş ərazi”, “tarixi ərazi”, “müqəddəs ərazi”) asılı olmayaraq, beynəlxalq birlik bu torpaqları məhz işğal edilmiş ərazi sayır və həmin torpaqlar Azərbaycana qaytarılmalı, Ermənistan BMT qətnamələrini yerinə yetirməlidir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *