Ter-Petrosyan: "Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır" – YENI BƏYANAT
Dağlıq Qarabağ ətrafındakı ərazilər tərəflərin danışıqlar apardığı sənədə uyğun olaraq Azərbaycana qaytarılmalıdır.
Virtualaz.org İnterfaks-ABN-ə istinadən bildirir ki, bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan bəyan edib.
Ter-Petrosyan "Kentron" telekanalının efirində deyib: "Əgər biz bunu könüllü etməsək, onda bir dəfə ərazilər sanksiyalarla alınacaq".
Ter-Petrosyan qeyd edib ki, dövlət cəmiyyəti münaqişənin həllinə hazırlamalıdır: "Əgər Serj Sarkisyan bu yolla getsə, onda mən sona kimi onun yanında olacağam".
Qeyd edək ki, Levon Ter-Petrosyanın rəhbərlik etdiyi "Erməni Milli Konqresi" aprelin 2-də keçiriləcək parlament seçkilərinə "Ermənistan Xalq Partiyası" ilə birlikdə, seçkiqabağı blok tərkibində qatılacaq.
Mənbə:> Virtualaz.org