Ter-Petrosyan: “Mərhələli həlldən başqa yol yoxdur, Qarabağın açarı Rusiyadadır” » AzNews.info -Xəbər portalı

Ter-Petrosyan: “Mərhələli həlldən başqa yol yoxdur, Qarabağın açarı Rusiyadadır”

Ter-Petrosyan: “Mərhələli həlldən başqa yol yoxdur, Qarabağın açarı Rusiyadadır”


Bu gün İrəvanda müxalif Ermənistan Milli Konqresinin qurultayı keçirilib.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, qurultayın açılışı Konqresin lideri, eks-prezident Levon Ter-Petrosyanın iştirakı olmadan baş tutub. Onkoloji xəstə olduğu deyilə Ter-Petrosyan qurultaya daha sonra qatılıb və çıxış edib. O, çıxışında Qarabağ məsələsinə geniş yer ayırıb və həm müharibə, həm sülh imkanları haqda danışıb.

Aprel döyüşlərindən, erməni ordusunun atəşkəsdən bu yana ən ciddi zərbə aldığı həmin günlərdən sonra prezident Serj Sərkisyanla danışıqlara gedib Qarabağ məsələsində ona dəstək verəcəyini elan edən Ter-Petrosyan öz tərəfdarlarını ruhlandırmağa çalışaraq deyib ki, müharibə yenə başlasa Azərbaycan “daha bir neçə rayon itirəcək”. “Bundan sonra nə olacaq, onu bir Allah bilir. Mən buna təminat verirəm”-Ter-Petrosyan deyib. Onun çıxışının bu hissəsi zalda təbii ki, alqışlarla qarşılanıb.

Ermənistanın eks-prezidentinin hesab etdiyinə görə Azərbaycan prezidenti İlham Əliyev nə qədər müharibə variantı haqda danışsa da “o cümlədən öz xalqı üçün olduqca vacib olan” sülhün əldə edilməsi istiqamətində ölçüyəgələn addımlar atmağa qadirdir. Ter-Petrosyanın sözlərinə görə, sülh Ermənistana nə qədər lazımsa Azərbaycana da o qədər lazımdır.

Eks-prezident çıxışını davam etdirərək deyib ki, Qarabağ məsələsinin mərhələli həlldən başqa həll yolu yoxdur. Bununla belə hazırda danışıqlar masasında paket variant qoyulub. Ter-Petrosyan qeyd edib ki, Qarabağ məsələsi həll olunan kimi erməni-türk münasibətləri də öz-özünə nizamlanacaq. “Elə ertəsi gün”-o qeyd edib.

Ter-Petrosyanın sözlərinə görə, bu gün Ermənistan Qarabağ münaqişəsinin nizamlanmasının növbəti fürsətini əldən buraxmamaq imperativi qarşısındadır. Və Rusiyanın səyləri münaqişənin həlli üçün fürsət yarandığını göstərir. “Mən əvvəllər də demişəm ki, Qarabağ münaqişəsinin həllinin açarı Rusiyanın əlindədir”-Ter-Petrosyan bildirib.

“Ermənistan Milli Konqresi yeganə partiyadır ki, heç nəyi gizlətmədən sülh və kompromislər tərəfdarı kimi öz mövqeyini bildirib. Nəinki bu prinsipdən çıxış edərək, eyni zamanda situasiyanı nəzərə alaraq Konqres silahlanma yarışının dayandırılmasında iştirak etməli, Türkiyə ilə münasibətlərin nizamlanmasına dair konstruktiv proqram irəli sürməlidir. Bu, Ermənistan və Qarabağ əhalisi üçün həyati əhəmiyyətlidir. Biz bunu seçkilərdə qalib gəlməklə və ya yerlərin əhəmiyyətli hissəsini qazanmaqla həyata keçirə bilərik”-Ter-Petrosyan deyib.

Qeyd edək ki, Ter-Petrosyanın hakimiyyətdən devrilməsinin səbəbi onun Qarabağ münaqişəsinin mərhələli yolla həllinə dair plana razılıq verməsi olub. Hansı ki, bu plana əsasən Ermənistan işğal altındakı rayonları qaytarmalı, Dağlıq Qarabağ aralıq statusa malik olmalı idi. Yekun statusun müəyyən edilməsi isə qeyri-müəyyən müddət sonraya təxirə salınırdı.

Bu ilin aprelində Azərbaycan ordusu ermənilərin Qarabağdakı müdafiə xəttini iki istiqamətdə darmadağın edəndə hakimiyyərkisyəti ciddi sarsıntı keçirən Serj Sərkisyan gözlənilmədən Ter-Petrosyanın evinə gedib onunla görüşdü. Görüşdə nələrin müzakirə olunduğu məlum deyil, ancaq eks-prezident bəyanatla çıxış edib bildirdi ki, hakimiyyətin Qarabağ məsələsinə dair addımlarının tənqid olunmasını dayandırır və bu məsələdə Sərkisyanla həmrəydir. Və ənənəvi olaraq münaqişəyə dair konstruktiv yanaşması ilə tanınan Ter-Petrosyan da digər erməni xadimləri kimi davakar platformaya keçib Qarabağ məsələsində öz mövqeyinə düzəliş etmidi. Belə məlumatlar var ki, Ter-Petrosyan Qarabağ məsələsində Sərkisyana dəstək verməklə gələn ilki parlament seçkilərində partiyası üçün parlamentdə sanballı miqdarda kürsü əldə etmək, beləliklə də yeni parlament üsul-idarəçiliyində hakimiyyət ortağına çevrilmək barədə anlaşıb. Doğrudur, Ter-Petrosyanın özünün onkoloji xəstə olduğu məlumdur və onun təkrar hakimiyyət başına gəlmək perspektivləri yoxdur.

Bununla belə istisna deyil ki, Ter-Petrosyan tarixdə erməni cəmiyyəti üçün “təslimçi sülhə” razılıq verən və bu üzdən hakimiyyətdən qovulan siyasi xadim kimi qalmaq istəmir. Görünür təsadüfi deyil ki, o, partiyasının qurultayındakı çıxışını da həm davakar, həm konstruktiv tonda qurmağa çalışıb. Ter-Petrosyanın daha bir neçə rayon barədə dedikləri onun tərəfdarları qarşısında alqış doğura bilər, ancaq Ermənistanın eks-prezidenti təcrübəli siyasətçidir bu ilin aprelində baş verənlərdən sonra bir daha əmin olmamış deyil ki, indi onun hakimiyyətdə olduğu 90-cı illərin əvvəlləri deyil. Ter-Petrosyanın “bir neçə rayon” barədə dedikərinə isə görünür ki, Azərbaycandan həm də onun həmkarları-özünü müxalif liderlər hesab edənlər tutarlı cavab verməlidir...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *