Sarkisyandan yeni ultimativ bəyanat » AzNews.info -Xəbər portalı

Sarkisyandan yeni ultimativ bəyanat – "ƏGƏR MÜHARİBƏ BAŞLAYACAQSA, ONDA...."

Sarkisyandan yeni ultimativ bəyanat

Ermənistan prezidenti Serj Sarkisyan Qarabağ münaqişəsinin nizama salınması üzrə sülh danışıqlarında iştirakdan nümayişkaranə imtinasını növbəti dəfə izah etməyə çalışıb və Azərbaycanın ünvanına yeni ultimativ bəyanatla çıxış edib. Məlum olduğu kimi, Azərbaycandan fərqli olaraq, Ermənistan rəhbərliyi sülh danışıqlarını əvvəlki formatlarda və əvvəlki gündəliklə davam etməkdən imtina edir.

"Ermənistan heç vaxt Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlardan imtina etmir və Yerevan yüksək səviyyədə yeni görüş imkanını müzakirə etməyə hazırdır, əgər Bakı rəvvəlki görüşlərində nail olunmuş razılığı yerinə yetirəcəksə". Virtualaz.org bildirir ki, Ermənistan prezidenti Serj Sarkisyan bunu ispan agentliyi EFE-yə müsahibəsində Azərbaycanla münasibətlərin normallaşdırılması perspektivinə toxunarkən deyib.

S.Sarkisyanın sözlərinə görə, Ermənistan danışıqlar masasına yalnız atəşin dayandırılması rejiminin pozulması hadisələrinin araşdırılması üçün mexanizmin yaradılması halında qayıdacaq. Məlum olduğu kimi, Azərbaycan öz işğal edilmiş və beynəlxalq səviyyədə tanınmış ərazilərində belə mexanizmin yaradılmasından prinsipial olaraq imtina edir və tələb irəli sürür ki, işğalçı Ermənistan qoşunlarını özünün beynəlxalq aləm tərəfindən tanınmış sərhədlərinə çəksin.
S.Sarkisyan, həmçinin Yerevanın qondarma "DQR"in müstəqilliyini tanıyacağını da istisna etməyib: "Təsəvvür edin ki, bugünkü şəraitdə Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyır. Bu, danışıqlara son qoyacaq. Və məlum olduğu kimi, danışıqlara alternativ müharibədir".

Ancaq o əlavə edib ki, hər şey konkret vəziyyətdən asılıdır. Ermənistan öz mövqeyini dəyişə bilər. "Mən dəfələrlə demişəm: əgər Azərbaycan Dağlıq Qarabağda genişmiqyaslı hərbi hərəkətləri yeniləyəcəksə, biz müstəqilliyi dərhal tanıyacağıq", - deyə Sarkisyan vurğulayıb.

Sarkisyan onu da bildirib ki, yaxın gələcəkdə irimiqyaslı döyüş hərəkətləri çətin baş versin, ancaq onlara həmişə hazır olmaq lazımdır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


<P>It nike clearance store is nike factory outlet fearsome nike factory store reasoning to nike outlet store consider jordans for cheap enacting. beats by dre cheap Variety cheap nikes it is nike shox clearance more terrifying as retro jordans compared nike sale with spotting nike outlet online the machine so that us discount nike shoes individual little luxuries discount nike shoes should certainly under armour shoes don't jordans on sale make cheap beats headphones it jordans for cheap whether when i

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *