Fernando Alonso Bakıda qəza törədən rus pilota "axmaq" dedi – VİDEO + FOTO
Bu gün Bakıda keçirilən “Formula-1” yarışlarının Azərbaycan Qran-prisi zamanı “Reno” komandasının qəza törədən və yarışdan kənarda qalan pilotu Niko Hyulkenberq günahı küləyin üstünə atıb.
Virtualaz.org xəbər verir ki, pilot qəzadan sonra jurnalistlərə deyib: “Bura küləklidir, sadəcə dəlilikdir-və tras çox dardır. Biz yaxşı başlamışdıq, lakin mən dördüncü döngədə maşının arxa hissəsini itirdim və bununla da mənim yarışım başa çatdı. Küləklə bağlı situasiya mürəkkəb idi, ona görə mənim trasdan uçmağım üçün çox şey tələb olunmadı. Bəxtim gətirmədi, lakin hərdən olur. İspaniyanı gözləyəcəyik”.
Niko Hyulkenberq
Xatırladaq ki, yarış zamanı Hyulkenberqin bolidi əvvəlcə “Williams” komandasının rusiyalı pilotu Sergey Sirotkinin bolidi ilə toqquşub. Bu zaman hər iki bolid zədələnib. Lakin “Reno” pilotu yarışı davam etdirib, rusiyalı pilot isə yarışdan kənarlaşıb. Daha sonra Hyulkenberqin bolidi maneəyə dəyib və sıradan çıxıb.
“McLaren” komandasının ispaniyalı pilotu Fernando Alonso jurnalistlərə açıqlamasında Hyulkenberqin bolidi ilə toqquşmaya görə rusiyalı pilotu “axmaq” adlandırıb. “Necə də axmaq oğlandır. Özü yolu bağladı. Mən anlamıram. Tam idiotizmdir. İki döngəni ehtiyatla keçdim ki, onunla toqquşmayım. İdiotizmdir”-Alonso bildirib.
Fernando Alonso
Sirotkin isə iddia edir ki, startdan sonra birinci döngələrdə əsl xaos hökm sürürdü. “Mən üçüncü döngədən sonra iki maşının arasında sıxışdım və tədricən məni sıxdılar. Hansısa məqamda başa düşdüm ki, toqquşma qaçılmazdır. Mən bu vəziyyətdə heç nə edə bilməzdim”-rusiyalı pilot deyib.
Mənbə:> Virtualaz.org