Fernando Alonso Bakı Şəhər Halqası ilə tanış olub » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman, Avto, Foto

Fernando Alonso Bakı Şəhər Halqası ilə tanış olub – FOTO

Fernando Alonso Bakı Şəhər Halqası ilə tanış olub


Formula 1 üzrə ikiqat dünya çempionu titulunu qazanan və hal-hazırda McLaren Honda komandasının heyətində yarışan Fernando Alonso, 2016 Formula 1 Avropa Qran Prisinin rəsmi elçisi kimi bu gün Bakıya gəlib. O, Bakıya səfəri çərçəvəsində¬ Formula 1-in ən yeni şəhər treki hesab olunan Bakı Şəhər Halqasına baş çəkib və burada trekin özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış olub.

AzNews.info xəbər verir ki, Fernando Alonso, Formula 1 yarış təqviminə ən son əlavə olunan Bakı Şəhər Halqasını əyani şəkildə müşahidə etmək üçün Azərbaycana səfər edən ilk Formula 1 pilotudur. Avropa Qran Prisi yarışına 100 günün aldığı bir ərəfədə Bakıya səfər edən ispaniyalı pilot şəhərin mərkəzi küçələrindən keçəcək trekin inşası ilə əlaqədar birinci mərhələdə görülən işlərin nəticələri ilə və eyni zamanda bu yay baş tutacaq Formula 1 yarışınadək trekin tam hazır vəziyyətə gətirilməsi üçün Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) apardığı gündəlik işlərin gedişatı ilə əyani şəkildə tanış olub.
Trekdə gəzinti zamanı Alonsoya tezliklə Bakının əzəmətli Hökumət Evinin qarşısında Paddok və Pit Yolu kimi fəaliyyətə başlayacaq ərazilərdə görülən hazırlıqlar, o cümlədən, ikimərtəbəli Pit binasının tikintisi ilə bağlı həyata keçirilən işlər haqqında məlumat verilib.
McLaren Honda komandasının pilotu və həmçinin 2016 Formula 1 Avropa Qran Prisinin “vizit kartı” hesab olunan Fernando Alonso İçəri Şəhər divarlarının ətrafından keçən trekin 8-11-ci döngələri əhatə edən 7,6 metrlik ensiz yoxuş hissəsi ilə tanış olub. İspaniyalı pilot daha sonra Bakının müdafiə məqsədilə tikilmiş qədim abidəsi olan Qız qalasının ətrafından keçən və iki istiqamətli hərəkət hissəsindən ibarət olan 16-cı döngəyə baş çəkib. O, ən sonda şəhər halqasının Bakının gözəl mənzərəli dənizkənarı bulvarı boyu uzanan və finiş xəttinə doğru avtomobillərin 340 km/saat sürət yığa biləcəyi sürətlənmə xəttinə də baxış keçirib.

Keçirilən mətbuat konfransı zamanı Fernando Alonso Bakı şəhəri və Formula 1-in ən yeni şəhər treki ilə bağlı ilkin təəssüratlarını media nümayəndələri ilə bölüşüb: “Bu möhtəşəm şəhərə səfər edən ilk Formula 1 pilotu olmaq mənim üçün böyük şərəfdir. Buraya gəldiyim andan hər bir kəs tərəfindən çox mehriban qarşılanmışam. Bu gün gördüklərim məndə çox gözəl təəssürat yaratdı. Əminliklə deyə bilərəm ki, Bakı Şəhər Halqası Formula 1-in yarış təqviminin ən yaddaqalan treki olacaq. Eyni zamanda bu gözəl şəhər haqqında onu qeyd etmək istəyirəm ki, o, keçmişlə müasirliyin vəhdətini gözəl şəkildə təcəssüm etdirməyi bacarıb. Həqiqətən də, qədim İçəri Şəhərin divarları boyu uzanan və möhtəşəm Alov Qüllələrinin fonunda salınan trek bu vəhdəti aşkar şəkildə nümayiş etdirir. Texniki cəhətə gəldikdə, ensiz və dolanbac döngələrdən ibarət olan belə bir çətin trekdə öz bacarığımı sınamaq məni çox həyəcanlandırır. Bu yarışda iştirak etməyi səbirsiziklə gözləyirəm”.

Treklə tanışlıqdan əlavə, Alonso, Bakıya səfərinin qalan müddətində şəhərin müxtəlif yerlərində təşkil olunan tədbirlər zamanı yerli azarkeşləri ilə, Formula 1 yarışına hazırlıq prosesi ilə əlaqədar müxtəlif təlimlərdə iştirak edən Avropa Qran Prisinin könüllüləri və marşalları ilə görüşəcək.

Fernando Alonso Bakı Şəhər Halqası ilə tanış olub
Fernando Alonso Bakı Şəhər Halqası ilə tanış olub
Fernando Alonso Bakı Şəhər Halqası ilə tanış olub

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *