Moskvadan MÜHARİBƏ ELANI » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

Moskvadan MÜHARİBƏ ELANI

Moskvadan MÜHARİBƏ ELANI


ABŞ-ın Suriyaya raket zərbələri birbaşa təcavüz aktıdır və bütün dünyanın müharibəyə cəlb edilməsidir.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Dövlət Dumasının spikeri Vyaçeslav Volodin jurnalistlərə söyləyib.

"Birləşmiş Ştatlar suveren dövlətə təcavüz edərək beynəlxalq hüquq normalarından kənar hərəkət edir. Bu hərəkətlər birmənalı olaraq təcavüzdür. Əməliyyatlara Avropa ölkələrinin cəlb edilməsi yaxşı heç nəyə gətirib çıxarmayacaq. ABŞ dünyanı müharibəyə cəlb edir. Onlar dayandırmaq lazımdır”, - Rusiya parlamentin aşağı palatasının başçısı deyib.

Onun sözlərinə görə, Suriya zərbərlər beynəlxalq terrorizmlə mübarizə üzrə səylərə mənfi təsir göstərəcək:

"Zərbə altında yalnız Suriyanın xalqı deyil, həm də başqa ölkələr, ilk növbədə Avropa ölkələri qalacaq”.

Qeyd edək ki, bu gün ABŞ, İngiltərə və Fransa Suriyaya 103 qanadlı raket atıb. Rusiya Baş qərargahının məlumatına görə, bunlardan 71-i zərərsizləşdirilib. Raket zərbələri aprelin 7-də Suriyanın Duma şəhərində kimyəvi silahın tətbiqinə cavab olub. Bu xəbərləri isə bir sıra qeyri-hökumət təşkilatı, həmçinin "Ağ kaskalar” təşkilatı yaydı. Rusiyanın Müdafiə Nazirliyi bildirirdi ki, sonuncu təşkilat etibarlı informasiya mənbəyi deyil. Rusiya nümayəndələri aprelin 9-da Duma şəhərində müayinə keçiriblər, amma orada kimyəvi silahın tətbiqinin izləri tapmayıblar.

Bu gün isə Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı hadisə yerində işə başlamalı idilər.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *