Terror bölgəsində ABŞ-ın 20 hərbi bazası var » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Hərbi

Terror bölgəsində ABŞ-ın 20 hərbi bazası var – RUSİYA İDDİA EDİR

Terror bölgəsində ABŞ-ın 20 hərbi bazası var


Suriya daxilində 7 ildir davam edən müharibəylə bağlı bugün Moskvadan kritik bir açıqlama gəlib.

Rusiya Təhlükəsizlik Şurasının əməkdaşının RİA-ya verdiyi xəbərə görə, ABŞ Suriyada YPG-nin nəzarət etdiyi bölgədə indiyə qədər 20-yə yaxın hərbi baza qurub.

Reuters xəbər verir ki, məlumatda ABŞ-ın YPG-yə yüksək gücə malik silah köməyinin davam etdiyi də yer alır.

Rusiya Təhlükəsizlik Şurası ABŞ-ın tez-tez: "YPG-yə dəstək vermirik", "Verdiyimiz silahları geri alacağıq" və "Hər iki tərəfə də eyni münasibətdəyik" kimi açıqlamalarına rəğmən ABŞ-ı təqsirləndirib.

Digər yandan Rusiya Təhlükəsizlik Komitəsinin Beynəlxalq Təhlükəsizlik müavinin köməkçisi Aleksandr Venediktov Sputnikə açıqlama verib.

Venediktov "Kürdlərə həqiqətən müasir silahlar verilir. Bundan əlavə kürd separatçılarına edilən maddi və mənəvi dəstək Türkiyənin Afrindəki əməliyyatına mane oldu" ifadələrini işlədib.

Mənbə: Reuters
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *