Rusiya Suriyada öz məqsədinə çatacaq – KİV
BMT Təhlükəsizlik Şurasının dekabrın 18-də Suriya konfliktinin həlli ilə bağlı qəbul etdiyi beynəlxalq plan yalnız fantastik diplomatiyalar dünyasında yaşayan Obama administrasiyası üçün qələbə ola bilər.
Axar.az xəbər verir ki, bu iddia ilə “Vol Strit Jurnal” qəzeti çıxış edib. Qəzet bu qərarın Rusiyanın əlinə geniş fürsətlər verdiyini bildirib:
“BMT-nin qəbul etdiyi qərar ABŞ-ın Yaxın Şərqdə müharibəyə son qoyması demək deyil. Rusiya bu qərardan razıdır. Çünki Vaşinqton bundan sonra Suriya Prezidenti Bəşər Əsədin dərhal istefaya getməsi üçün Moskvaya təkid etməyəcək. Çox güman ki, anti-Rusiya sanksiyaları bundan sonra yox ediləcək. Bu isə Rusiyanın Suriyada strateji məqsədlərinə çatmasını sübut edən amil olacaq”.
Mənbə:> Axar.az