“Putinizm və ya sonun başlanğıcı”
ABŞ-ın nüfuzlu “Vaşinqton Post” qəzeti Rusiyanın çətinə düşdüyünü yazıb.
Axar.az xəbər verir ki, “Putinizm, sonun bağlanğıcı” başlıqlı məqalədə Suriya əməliyyatlarının Moskvaya baha başa gələcəyi qeyd olunub:
“Rusiyada iqtisadi böhran getdikcə dərinləşir. Bir tərəfdən də Yaxın Şərqdə Əsəd rejiminə dəstək Moskva üçün yaxşı heç nə vəd etmir. Bir müddət öncə Rusiya sərnişin təyyarəsi Misirin Sinay yarımadasında vuruldu, 224 nəfər həlak oldu. Türkiyə Rusiyaya məxsus döyüş təyyarəsini vurdu. Az sonra pilotların axtarışı zamanı üsyançılar Rusiya helikopterini hədəfə aldı. Bütün bunlar Əsədi dəstəkləməyin Moskva üçün gözlənilməz nəticəsi sayıla bilər. Bəlkə də 50 il sonra tarixçilər Rusiyanın 2015-ci ildə Suriya addımını Putinizmin sonunun başlanğıcı olaraq yazacaq”.
Mənbə:> Axar.az