SON DƏQİQƏ: Türkiyə Rusiyanın SU-24 təyyarəsini vurdu – VİDEO
Xəbər verdiyimiz kimi, Türkmən dağı ətrafında təyyarə qəzaya uğrayıb.
Türkiyə rəsmilərinin verdiyi məlumata görə, Türk hərbi təyyarələri tərəfindən vurularaq qəzaya uğrayan Rusiyaya məxsus SU-24 təyyarəsi olduğu təsdiqlənib. Rusiya MN də məlumatı təsdiqləyib. Müdafiə Nazirliyindən verilən məlumata görə, rus hərbi təyyarəsi Türkiyənin hava sərhəddini keçməyib və Suriya hava sərhədləri daxilində uçub.
CNN Türk-ün hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, təyyarədən paraşütlə düşən 2 pilotdan birini türkmənlər ələ keçirib. Məlumata görə, ərazidə bu səhər atışmalar şiddətlənib. Türkmənlər 3 təpəni ələ keçirdikdən sonra, 4-cü uğrunda mübarizə aparırdılar.
Bundan bir müddət əvəl baş nazir Davudoğlu Türkiyə hava sərhədlərini pozan təyyarəninin vurulacağı xəbərdarlığını etmişdi.
Mənbə:> İnterAz - Aysel Zahidqızı