Türkiyə "RF-4E" qadağan etdi
Türkiyə "uçan tabut" adlandırılan təyyarədən istifadəni dayandırır. ANS PRESS-in məlumatına görə, Hava Qüvvələrinin kapitanı sabahdan etibarən "RF-4E" təyyarələrindən istifadəni dayandıracaqlarını açıqlayıb.
Ordu generalı Abidin Ünal sabah 8 adət "RF-4E" təyyarəsi ilə son dəfə uçuş olacağını açıqlayıb. Son uçuşları isə Hava Qüvvələrinin bir və iki nömrəli komandirləri Akın Öztürklə Abidin Ünal həyata keçirəcək.
Xatırladaq ki, fevralın 27-də qəzaya uğrayan təyyarədə 4, martın 5-də isə təlim zamanı qəzaya uğrayan təyyarədə 2 pilot şəhid olub.
F-4E təyyarələri 1974-cü ildən Türk Hava Qüvvələri tərəfindən istifadə edilir.
Mənbə:> ANSPRESS