Türkiyədə faciə » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Dünya, Foto

Türkiyədə faciə – FOTO (YENİLƏNİB)

Türkiyədə faciə


Konyada qəzaya uğrayan hərbi təyyarə Türkiyə-Azərbaycan müştərək təliminin iştirakçısı olmayıb.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından açıqlama verilib.

“Qəzaya məruz qalan təyyarəmiz Azərbaycanla Türkiyə arasında həyata keçirilən müştərək təlimə görə yox, başqa bir təlim uçuşu ilə əlaqədar olaraq bölgədə vəzifəsini yerinə yetirirdi”, - deyə Baş Qərargahın Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən APA-nın Türkiyə bürosu tərəfindən göndərilmiş sorğuya verilən cavabda bildirilir.

13:05

Azərbaycan və Türkiyə hərbi hava qüvvələrinin "TurAz Şahini 2015" adlı birgə təlimlərində faciə baş verib.

Oxu.Az xəbər verir ki, təlimlər zamanı Türkiyənin F-4 təyyarəsi qəzaya uğrayıb.

Qeyd edək ki, hərbi hava qüvvələrinin birgə təlimləri bu gün səhər başlayıb.

Yerli vaxtla saat 09:50-də təyyarənin Konya-Askaray yolunun 22-ci kilometrliyində yerə düşməsi ilə bağlı məlumat daxil olub.

Hadisəni şərh edən Konya vilayətinin rəhbəri Muammər Erol deyib ki, qəza zamanı pilotlardan biri katapultla tullanıb, digərindən isə xəbər yoxdur.

Lakin M.Erolun bəyanatından sonra, Türkiyənin Silahlı Qüvvələri (SQ) hər iki pilotun həlak olması ilə bağlı məlumat yayıb.

“Biz iki pilotun həlak olması ilə bağlı başsağlığı veririk”, - Türkiyə SQ-nin məlumatında deyilir.

Qeyd olunur ki, Türkiyə SQ-nin 112-ci eskadriliyasına məxsus qırıcı-bombardımançı F-4E 2020 yerli vaxtla saat 09:50-də Konyada yerə düşüb.

Qeyd edək ki, keçən həftə Türkiyədə Maltada 2 F-4 təyyarəsi qəzaya düşüb və nəticədə Türkiyə HQ-nin 4 hərbçisi həlak olub. Qəzanın səbəbləri hələ də müəyyən olunmayıb.

Türkiyədə faciə
Türkiyədə faciə
Türkiyədə faciə

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *