Kremldən bəyanat: ABŞ MDB ərazisində bioloji silah laboratoriyaları yaradır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Kremldən bəyanat: ABŞ MDB ərazisində bioloji silah laboratoriyaları yaradır

Kremldən bəyanat: ABŞ MDB ərazisində bioloji silah laboratoriyaları yaradır

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bəzi MDB ölkələrində hərbi məqsədlər üçün bioloji silah istehsalı laboratoriyalarının yaradıldığını deyib.

Patruşev bu barədə prezident Vladimir Putinin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında bildirib: “Hərbi məqsədlərlə bioloji silahların yaradılması növbəti təhlükə mənbəyinə çevrilib. Bunun həcmi onlarla milyard dollardır. Eyni vaxtda ABŞ-ın maliyyələşdirdiyi və idarə etdiyi laboratoriyaların sayı 20 dəfə artıb. Onların MDB ölkələrində yaratdıqları laboratoriyalar real təhlükə törədir. Ona görə problem realdır”.

Patruşev ABŞ-ın kimyəvi silahları Rusiya ilə birlikdə 2020-ci ilə qədər məhv edəcəyini desə də, sonradan bu müddəti 2028-ci ilə qədər təxirə saldıqlarını bəyan edib (Modern.az).

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *