Soros "Facebook" və "Google"ni cəmiyyət üçün təhlükə adlandırdı
"Facebook" və "Google" sosial şəbəkələri cəmiyyət üçün təhlükə yaradır.
Virtualaz.org-un məlumatına görə, bu barədə məşhur milyarder Corc Soros İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib: “Onlar qəsdən öz xidmətlərində asılılıq yaradırlar. Bu təhlükəli ola bilər, xüsusən yeniyetmələr üçün”.
Bundan əlavə, biznesmen internet platformaları müştərilərinin bütün pullarını ələ keçirmək üçün müxtəlif vasitələrdən istifadə edən kazinolora bənzədib: “İnternet-platformaları və qumar oyunları arasında oxşarlıqlar var. Kazinonu bütün oyunçuların pullarını əllərindən almaq üsulu kimi hazırlayıblar, hətta hansılarda ki, onlarda pul da yoxdur".
O həmçinin qeyd edib ki, "Facebook" və "Google" insanların azadlığı üzərində inhisar yaradır: "Sosial şəbəkələr insanları muxtariyyətdən imtinaya məcbur edir və insanların diqqətini cəlb edən güc daha çox bir neçə şirkətin əllərində cəmləşir".
Mənbə:> Virtualaz.org